Məzmuna keç

Türkiyədə güclü külək məscidin minarəsini uçurdu

Türkiyənin Kırıkkale şəhərində məscidin minarəsi uçub.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisəyə səbəb güclü tufan olub.

Belə ki, Sulakyurt rayonunun Güzelyurt kəndində baş verən tufan məscidin minarəsini uçurub.

Məscidin bağçası və yola düşən minarə parçaları enerji xəttini zədələyib. Nəticədə ətraf evlərə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Şəbnəm Mehdizadə