Türkiyənin Burdur şəhərində 2 polis əməkdaşı xidməti vəzifəsini yerinə yetirərkən yaralanıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə axtarışda olan şəxsin saxlanılması zamanı baş verib.
Şübhəli şəxs qaçmağa çalışarkən avtomolini polislərin üzərinə sürüb. Nəticədə 2 polis xəsarət alıb.
Daha sonra polislərin yolu kəsdiyini görən şəxs avtobildən düşüb qaçmağa çalışsa da, buna nail ola bilməyib.
Polis tərəfindən zərərsizləşdirilən şübhəli nəzarət altına alınaraq şöbəyə gətirilib.
Şəbnəm Mehdizadə
