"Son sutka ərzində ukraynalı pilotlar Rusiya qoşunlarının və texnikasının yerləşdiyi ərazilərə 7 zərbə endirib".
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının "Facebook" səhifəsində məlumat verilib.
"Nəticədə aviasiyamız işğalçıların 1 hava hücumundan müdafiə sistemini, 1 komanda məntəqəsini, həmçinin İrana məxsus 8 "Shahed" pilotsuz uçuş aparatını (PUA) və 5 kəşfiyyatçı PUA-sını məhv edib. Artilleriya və raket bölmələri isə öz növbəsində Rusiyaya məxsus 5 artilleriya silahını, 1 komanda məntəqəsini, şəxsi heyətin cəmləşmə zonasını, 1 yanacaq anbarını məhv edib", – deyə məlumatda qeyd olunub.
Həmçinin bildirilib ki, son 24 saat ərzində ruslar Ukraynaya 3 raket və 29 hava zərbəsi endirib, reaktiv yaylım atəş sistemlərindən 70-dən çox mərmi atıb.
Şəbnəm Mehdizadə
