Məzmuna keç

ABŞ-da əlverişsiz hava şəraitinə görə 730-dan çox aviareys təxirə salınıb

ABŞ-da fırtına səbəbindən 730-dan çox aviareys təxirə salınıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Federal Aviasiya Administrasiyası (FAA) şimal-şərq ştatlarında və Atlanta, Denver və Florida hava limanlarında uçuş marşrutlarının yenidən müəyyən ediləcəyi barədə xəbərdarlıq edib.

Nyu-Yorkdakı "Con Kennedi", "Newark Liberty" və "La Guardia" hava limanları daha çox uçuşların ləğv edildiyi hava limanları olub, Con Kennedi hava limanında gecikmələr 3 saatı keçib.

Uçuşların ləğvi ötən gün fırtına barədə xəbərdarlıqdan sonra baş verib.

Şəbnəm Mehdizadə