ABŞ-da 4 ay əvvəl qardaşını silahdan açılan atəşlə öldürməkdə şübhəli bilinən 5 yaşlı uşağın qanında narkotik maddə olan kokain aşkarlanıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, aparılan analizin nəticəsində öldürülən 16 aylıq körpənin qanında isə marixuana aşkarlandığı bildirilib.
Hadisədən sonra polis bildirib ki, mənzildə 93 ədəd fentanil həbi, marixuana və narkotik istehsalında istifadə olunan alətlər aşkar edilib.
Prokuror azyaşlıların valideynləri Deonta Cermaine Conson (27) və Şatia Tiara Velçə (24) qarşı səhlənkarlıq və narkotik ittihamı irəli sürüb.
Qeyd edək ki, hadisə mart ayında baş verib. 16 aylıq İsiah Conson silahdan açılan atəş nəticəsində ölüb. Prokuror körpənin qardaşı tərəfindən açılan atəşdən öldüyünü açıqlayıb.
Şəbnəm Mehdizadə
