Məzmuna keç

Türkiyədə 34 qeyri-qanuni miqrant saxlanılıb

Türkiyənin Malatya şəhərində 34 qeyri-qanuni miqrant saxlanılıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, şəhərin girişində mikrovatobus sürücüsü polisin "saxla" əmrinə tabe olmayaraq qaçmağa çalışıb. Polis dərhal hərəkətə keçib. Mikroavtobusda 34 qanunsuz miqrant aşkarlanıb.

Həmin miqrantlar polis idarəsinə aparılaraq barələrində lazımi hüquqi prosedurlar həyata keçirildikdən sonra Malatya Miqrasiya İdarəsinə təhvil verilib.

Miqrant qaçaqlamalçılığında şübhəli bilinən iki nəfər isə həbs olunub.

Şəbnəm Mehdizadə