Türkiyə-Yunanıstan sərhəddində 3 terrorçu saxlanılıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Ədirnənin Meriç rayonu yaxınlığında 1-ci dərəcəli qadağan olunmuş hərbi zonada həyata keçirilən əməliyyatda saxlanılan 3 nəfərin FETÖ terror təşkilatının üzvü olduğu müəyyən edilib.
Həmin şəxslərin Ədirnədən Yunanıstana qaçmağa çalışdığı məlum olub.
Onlar prokurorluğa aparılaraq ifadələri alınıb. Terrorçular daha sonra məhkəmənin qərarı ilə həbs olunub.
Şəbnəm Mehdizadə
