Türkiyənin Balıkesir əyalətinin Ayvalık rayonunda 32 qeyri-qanuni miqrant saxlanılıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Ayvalık sahillərində rezin qayıqda bir qrup miqrantın Midilli adasına keçməyə cəhd etməsi barədə Sahil Mühafizəsinə məlumat daxil olub.
Məlumatdan dərhal sonra xüsusi qruplar hərəkətə keçib. Qayıqda olan 32 əcnəbi saxlanılaraq Balıkesir Miqrasiya İdarəsinə təhvil verilib.
Şəbnəm Mehdizadə
