Çinin paytaxtı Pekində leysan yağışlar nəticəsində 11 nəfər həyatını itirib
E-huquq.az-ın xarici mətbuata istinadən məlumatına görə, güclü yağışlar Pekinin bir çox bölgəsində ciddi fəsadlar törədib.
Pekin Şəhər Administrasiyası 2 nəfər xilasedici də daxil olmaqda 11 nəfərin öldüyünü açıqlayıb. İtkin düşən 27 nəfərin axtarışları isə davam edir.
İtkin düşən 27 nəfərdən 4-nün Fanqşanda axtarış-xilasetmə işləri aparan “Mavi Səma” xilasetmə qrupunun üzvü olduğu, digərlərinin şəxsiyyətinin isə hələlik müəyyən olmadığı bildirilib.
Əlverişsiz hava şəraitindən 44 min 673 nəfər zərər çəkib, 127 min nəfər isə Pekində təhlükəsiz yerlərə təxliyə edilib.
Şəbnəm Mehdizadə
