Nigeriyada son 3 ayda difteriya epidemiyasından ölənlərin sayı 83 nəfərə çatıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Nigeriya Milli Səhiyyə Xidmətləri Agentliyinin (NPHCDA) direktoru Faysal Şuaib məlumat verib.
O, epidemiyanın ölkənin müxtəlif ştatlarına yayılmaqda davam etdiyini deyib.
Şuaibin sözlərinə görə, may-iyul ayları ərzində 836 yoluxma qeydə alınıb.
"Federal Səhiyyə Nazirliyi və digər tərəfdaşlarla birlikdə bu epidemiya ilə mübarizə üçün bütün lazımi resursları səfərbər etmişik", – deyə Agentliyin direktoru qeyd edib.
Şəbnəm Mehdizadə
