Məzmuna keç

Afrikada son 10 ildə silahlı qruplaşmaların sayı artıb

Son 10 ildə Afrika qitəsində fəaliyyət göstərən silahlı qruplaşmaların sayı artıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Afrika Strateji Araşdırmalar Mərkəzinin dərc etdiyi hesabatda qeyd olunub.

Hesabatda bildirilib ki, Səharaaltı Afrikada 2014-cü ildə Nigeriya, Mali və Somali kimi ölkələrdə mövcud olan silahlı qruplaşmalar 2023-cü ildə Mozambik, Keniya, Kamerun, Burkina Faso, Mavritaniya və Benin kimi ölkələrə yayılıb.

Silahlı qruplaşmalar səbəbindən ölənlərin 80 faizinin Sahel bölgəsi və Somalidə qeydə alındığı bildirilib. Sahel bölgəsindəki hücumların isə 87 faizinin Burkina Faso və Malidə yaşandığı vurğulanıb. Qitənin müxtəlif yerlərində silahlı qrupların törətdiyi qətlimaların tarixdə ən yüksək səviyyədə olduğu və hərbi çevrilişlərin münaqişələri alovlandırdığı bildirilib.

Somalidə "Əl-Şəbab" terror təşkilatının hücumları nəticəsində ölənlərin sayının ötən il 157 faiz artdığı, Çad Gölü hövzəsində isə daha çox "Boko Haram" və “Qərbi Afrikada İslam dövləti” (ISWAP) cinayət qruplaşmasının ölümlərə səbəb olduğu açıqlanıb.

Şəbnəm Mehdizadə