Məzmuna keç

ABŞ-da bu il silahlı insidentlərdə 25 mindən çox adam ölüb

2023-cü ilin ilk 7 ayında ABŞ-da 11 132 silahlı insident baş verib.

E-huquq.az "Anadolu"ya istinadən xəbər verir ki, baş insidentlərdə 25 min 191 nəfər həyatını itirib, 22 min 162 nəfər yaralanıb.

Məlumata görə, ölənlərdən 170-i uşaq olub.

Qeyd olunub ki, ölkənin bir çox ştatlarında silah almaq olduqca asandır. Amerika vətəndaşı olan və ya yaşıl kartı olan hər kəs qısa bir təhlükəsizlik araşdırmasından sonra silah ala bilər. Əksər ştatlarda say həddi də yoxdur. ABŞ Prezidenti Co Bayden Konqresdən silah satışı ilə bağlı yeni qanun layihəsinin hazırlanmasını istəyib.

Şəbnəm Mehdizadə