Türkiyənin Giresun şəhərində kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobus qəzaya uğrayıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Sultanselim rayonunda sürücünün idarəetməni itirməsi nəticəsində mikroavtobus səkidəki ağaca, daha sonra yerüstü keçidin dirəyinə çırpılıb.
Hadisə nəticəsində 1 nəfər ölüb, 13 nəfər yaralanıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, mikroavtobusdakı müxtəlif şəhərlərdən olan sərnişinlər fındıq yığımı üçün Giresuna gedirmiş.
Şəbnəm Mehdizadə
