Cənubi Koreyada anomal istilər səbəbindən ölənlərin sayı 23 nəfər çatıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, ölkədə mövsümi normaları aşan temperatur mənfi təsirlərini göstərməkdə davam edir.
Məlumata görə, isti hava səbəbindən ölənlərin sayı 2022-ci illə müqayisədə 3 dəfə çoxdur.
İyulun 29-30-da isti havaya görə 17 nəfər həyatını itirib, 73 nəfər günvurma şikayəti ilə xəstəxanalara müraciət edib.
Cənubi Koreya Meteorologiya İdarəsi isti hava dalğasının davam edəcəyi barədə xəbərdarlıq edib.
Şəbnəm Mehdizadə
