Niger Respublikasında baş verən çevrilişdən sonra Belçika bu ölkədəki vətəndaşlarını təxliyə edir.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Belçikanın xarici işlər naziri Haca Lahbib "Twitter" səhifəsində məlumat verib.
O, 15 Belçika vətəndaşının Fransa təyyarəsi ilə Niger Respublikasını tərk etdiyini açıqlayıb. Lahbib fransalı həmkarı Ketrin Kolonnaya təşəkkür edib.
Nigerdə təxminən 110 belçikalı olduğu bildirilir.
Xatırladaq ki, iyulun 26-da Niger Prezidenti Məhəmməd Bazum və həyat yoldaşı öz mühafizəçiləri tərəfindən saxlanılıb. İyulun 27-nə keçən gecə ölkənin silahlı qüvvələri ölkədəki bütün dövlət qurumlarının işini dayandırıb, komendant saatı tətbiq edib və sərhədləri bağlayıb.
Şəbnəm Mehdizadə
