Türkiyənin İzmir şəhərində əyləncə parkında bədbəxt hadisə baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Buca rayonunda əyləncə parkında yelləncəyin ağaca çırpılması nəticəsində 6 nəfər xəsarət alıb.
İlkin tibbi yardımdan sonra yaralılar xəstəxanaya aparılıb, onların vəziyyətinin kafi olduğu bildirilib.
Faktla bağlı araşdırmalara başlanılıb.
Şəbnəm Mehdizadə
