Məzmuna keç

Təcili tibbi yardım maşını aşdı, 5 nəfər xəsarət aldı

Türkiyənin Kahramanmaraş şəhərində təcili tibbi yardım maşını qəzaya uğrayıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Elbistan rayonunda xəstələri daşıyan təcili yardım maşını aşıb.

Hadisə nəticəsində 5 nəfər yaralanıb. Yaralılardan 1-i sürücü, 2-i tibb bacısı, 1-i xəstə və digəri isə xəstə yaxını olub.

Yaralılar Elbistan Dövlət Xəstəxanasına aparılıb. Onların həyatı üçün təhlükə olmadığı bildirilib.

Şəbnəm Mehdizadə