Məzmuna keç

Nigeriyada 16 silahlı dəstə üzvü zərərsizləşdirilib

Nigeriyanın Zamfara əyalətində silahlı dəstələrə qarşı keçirilən əməliyyatda 16 nəfər zərərsizləşdirilib.

E-huquq.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Nigeriya Hərbi Hava Qüvvələrinin (NAF) sözçüsü Edvard Qabkvet məlumat verib.

O, ordunun Zamfara əyalətinin Dankarami bölgəsində silahlı dəstə üzvlərinə qarşı hava əməliyyatı keçirdiyini və nəticədə 16 dəstə üzvünün məhv edildiyini, bir çoxunun isə yaralandığını deyib.

Əməliyyatda silahlı dəstə üzvlərinin düşərgələrinin məhv edildiyini qeyd edən Qabkvet, dəstə üzvlərinə məxsus silahlar, nəqliyyat vasitələri, motosikletlər və mühüm sursatların ələ keçirildiyini bildirib.

Şəbnəm Mehdizadə