Məzmuna keç

ISW Baxmut və Avdiivka bölgəsindəki son vəziyyəti açıqlayıb

"Ukrayna Silahlı Qüvvələri Baxmut bölgəsində hücum əməliyyatlarını davam etdirib və bu bölgədə irəliləyiş əldə edib".

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) son hesabatında deyilir.

Bildirilib ki, rus qoşunları Baxmut bölgəsində quru hücumlarını davam etdirib, lakin irəliləyiş əldə etməyiblər: "Ukrayna Silahlı Qüvvələri Avdiivka-Donetsk xətti boyunca qurudan hücumlar həyata keçirib. Ukrayna ordusu Avdiivkadan 13 km cənub-qərbdə Nevelskoye bölgəsində mövqelərini gücləndirib və Novomıxaylivka ərazisində irəliləməyə çalışıb".

İSW-nın hesabatında həmçinin bildirilir ki, ruslar Avdiivka-Donetsk xətti boyunca quru hücumlarını davam etdirirlər: "Geolokasiya görüntüləri onların Vodyanoyenin şimalına doğru irəlilədiyini göstərir"

Ukraynanın əks-hücum əməliyyatına gəlincə, ISW Ukrayna Silahlı Qüvvələrinin cəbhənin ən azı üç sektorunda əks-hücum əməliyyatlarını davam etdirdiyini və Baxmut bölgəsində irəlilədiyini bildirib. Berdyansk və Melitopol istiqamətlərində də hücum əməliyyatları aparılır.

İnstitut əlavə edib ki, döyüşlər Svatovo-Kremennaya xəttində və Limanski istiqamətində də gedir.

Şəbnəm Mehdizadə