Türkiyənin İzmir şəhəri sahillərində 58 qeyri-qanuni miqrant xilas edilib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Sahil Mühafizə Komandanlığının internet saytında məlumat verilib.
Bildirilib ki, Karaburun rayonu sahillərində bir qrup qanunsuz miqrantın 2 rezin qayıqda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olduqdan sonra Sahil Mühafizəsinin qayıqları əraziyə göndərilib.
Onlar 58 qeyri-qanuni miqrantı qayıqdan sahilə çıxarıb.
Bundan başqa, Dikili sahillərində Sahil Mühafizəsinin Səyyar Radarı tərəfindən təsbit edilən və Sahil Mühafizə Gəmisi tərəfindən saxlanılan rezin qayıqda 35 qanunsuz miqrant yaxalanıb.
Miqrantlar müavfiq prosedurlardan sonra Miqrasiya İdarəsinə təhvil verilib.
Şəbnəm Mehdizadə
