Türkiyənin Bursa şəhərində kənd təsərrüfatı işçilərini daşıyan pikap qəzaya uğrayıb.
E-huquq.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, sürücünün idarətməni itirməsi nəticəsində nəqliyyat vasitəsi tarla ərazisinə yuvarlanıb.
Hadisə nəticəsində 3 nəfər ölüb, 11 nəfər yaralanıb.
Qəzanın baş verdiyi əraziyə çox sayda xilasedici, jandarma və təcili tibbi yardım briqadası cəlb olunub.
Yaralılar Bandırma Dövlət Xəstəxanasına aparılıb.
Şəbnəm Mehdizadə
