İran son bir ayda 43 mindən çox əfqan mühaciri deportasiya edib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, "Taliban" hökumətinin nümayəndəsi Əbdürrəhman Rəşid məlumat verib.
O, təxminən 46 min əfqanın isə öz istəyi ilə ölkələrinə qayıtdığını deyib.
Qeyd edək ki, İranda təxminən 5 milyon əfqanın yaşadığını bildirilir. İran əfqanları əsasən Herat və Nimruz əyalətlərindəki sərhəd keçid məntəqələri vasitəsilə deportasiya edir.
Şəbnəm Mehdizadə
