Məzmuna keç

Zəncirvari qəzada 2 nəfər ölüb, 5 nəfər yaralanıb

Türkiyənin Yalova vilayətində zəncirvari yol qəzası baş verib.

E-huquq.az "TRT haber"ə istinadən xəbər verir ki, Çınarcık rayonunda üç avtomobilin toqquşması nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb.

Yaralıların müalicəsi xəstəxanada davam etdirilir.

Yalova valisi Muammer Erol hadisə yerində gedərək qəza ilə bağlı məlumat alıb.

Şəbnəm Mehdizadə