Məzmuna keç

İsveçdə keçirilən festivalda 52 nəfər yaralanıb

İsveçdə keçirilən Eritreya mədəniyyət festivalında 52 nəfər yaralanıb.

E-huquq.az xəbər verir ki, bu barədə İsveçin “Expressen” qəzeti məlumat yayıb.

Minlərlə etirazçı festival ərazisində stendləri və avtomobilləri yandırıb.

İsveç polisinin sözçüsü Daniel Wikdahl 200 nəfərədək etirazçının saxlanıldığını və araşdırmaların davam etdiyini bildirib.

Qeyd edək ki, festival 1990-cı illərdən bəri hər il keçirilir.

Şəbnəm Mehdizadə