Tunis ölkənin şərq sahillərində keçirilən 3 əməliyyatda 150 qeyri-qanuni miqrant xilas edilib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Tunis Milli Qvardiyası məlumat yayıb.
Bildirilib ki, Sfaks və Əl Mehdiyyə sahillərində Tunis və Səharaaltı Afrika ölkələrindən olan 150 qeyri-qanuni miqrant xilas edilib.
Saxlanılan tunisli mühacirlərin Tunis səlahiyyətlilərini təhdid edərək kəsici alətlərlə hücuma cəhd etdikləri qeyd olunub. Əlavə qüvvələr cəlb olunaraq vəziyyət nəzarət altına alınıb.
Qeyd edək ki, hər il minlərlə afrikalı qeyri-qanuni miqrant daha yaxşı həyat ümidi ilə Aralıq dənizi vasitəsilə Avropaya çatmaq üçün Liviya və Əlcəzairlə həmsərhəd olan Tunisə gəlir. Tunisin cənub şəhərlərində məskunlaşan immiqrantlar bacardıqca qayıqla Avropaya keçməyə çalışırlar.
Şəbnəm Mehdizadə
