Məzmuna keç

Ukrayna SQ: “Ruslar yaşayış məntəqələrini davamlı olaraq atəşə tutur”

"Ukrayna hərbçiləri gün ərzində Baxmut, Avdeyevski, Maryinka və Şaxtersk istiqamətlərində rus işğalçılarının növbəti hücumlarını dəf ediblər".

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında bildirilib.

Məlumata görə, son sutka ərzində 40-a yaxın toqquşma olub. Rusların bir neçə istiqamətdə uğursuz hücum cəhdləri etdiyi qeyd olunub: "Zaporojye istiqamətində ruslar əsas səylərini Ukrayna qoşunlarının daha da irəliləməsinin qarşısını almağa cəmləşdirir və hətta hücuma keçməyə belə cəhd etmirlər. Eyni zamanda, işğalçılar bütün istiqamətlərdə həm Ukrayna hərbçilərinin mövqelərini, həm də dinc yaşayış məntəqələrini artilleriya və aviasiyadan davamlı olaraq atəşə tutur. Onlarla cəbhəyanı kənd və qəsəbə düşmən hücumlarından əziyyət çəkir. Bundan əlavə, Ukrayna Müdafiə Qüvvələri Melitopol və Berdyansk istiqamətlərində hücum əməliyyatını davam etdirir. Orada Ukrayna hərbçiləri əldə edilmiş xətlərdə möhkəmlənirlər".

Şəbnəm Mehdizadə