"Rus işğalçıları şərq cəbhəsində əhəmiyyətli itkilər verirlər və heç bir uğur qazana bilmirlər".
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının spikeri Pavlo Kovalçuk deyib.
Onun sözlərinə görə, hazırda ukraynalı müdafiəçilər Kupyansk və Liman istiqamətində rus qoşunlarının hücumlarını dəf etməyə davam edirlər.
"Baxmut istiqamətində müdafiə qüvvələri əldə olunan xətlərdə möhkəmlənir. Ağır döyüşlər davam edir", – Kovalçuk bildirib.
O, həmçinin bildirib ki, cənub cəbhəsində Ukrayna hərbçiləri Berdyansk və Melitopol istiqamətlərində hücumlarını davam etdirirlər.
Baş Qərargahın məlumatına görə, Ukrayna Silahlı Qüvvələri ruslara ciddi itkilər verdirir və öz mövqelərində möhkəmlənir.
Şəbnəm Mehdizadə
