Meksikada xarici vətəndaşları daşıyan avtobus qəzaya uğrayıb.
E-huquq.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 18 nəfər ölüb, 23 nəfər yaralanıb.
Paytaxt Mexikodan Aşağı Kaliforniya ştatının Tixuana şəhərinə gedən avtobus Nayarit əyalətində təxminən 40 metr yüksəklikdən yuvarlanıb.
Sükan arxasında yatdığı iddia edilən avtobus sürücüsü həbs edilib.
Avtobusda olanların əksəriyyətinin Hindistan, Dominikan Respublikası və Afrika ölkələri vətəndaşları olduğu açıqlanıb. Onların ABŞ sərhədini keçməyə çalışan qeyri-qanuni miqrantlar olduğu güman edilir.
Şəbnəm Mehdizadə
