Məzmuna keç

Hindistanda musson yağışlarında ölənlərin sayı 200-ə çatır

Hindistanın şimalında yerləşən Himaçal-Pradeş əyalətində son 41 gündə yağan musson yağışları 199 nəfərin ölümünə səbəb olub.

E-huquq.az “ANI News”a istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 31 nəfər itkin düşüb, 229 nəfər isə yaralanıb.

Əyalətin Fövqəladə Halların İdarə Olunması Nazirliyi ölənlərdən 57-nin torpaq sürüşməsi və daşqınlar, 142-nin isə yol qəzaları nəticəsində həyatını itirdiyini açıqlayıb.

Səlahiyyətlilər həmçinin, daşqınlar nəticəsində 7 317 evə, 254 mağaza və 2 337 tövləyə ciddi ziyan dəydiyini vurğulayıb.

Qeyd edək ki, mussonlar zamanı Hindistanda ümumilikdə 53 daşqın və 79 sürüşmə baş verib, 300-dən çox yol bağlanıb.

Şəbnəm Mehdizadə