Məzmuna keç

Çində güclü zəlzələ: 126 bina dağıldı –

Çinin şərqindəki Şandun əyalətinin Deçjou şəhərində baş verən zəlzələ nəticəsində azı 10 nəfər xəsarət alıb.

E-huquq.az xəbər verir ki, bu barədə "CGTN" televiziya kanalı xəbər verib.

Bildirilib ki, kekin vaxtı ilə saat 02:33-də 5,5 bal gücündə zəlzələ baş verib.

Daha sonra Çin Mərkəzi Televiziyası yerli hakimiyyət orqanlarına istinadən xəbər verib ki, zəlzələ nəticəsində xəsarət alanları sayı 21-ə çatıb, 126 bina dağılıb.

Zəlzələnin Deçjou şəhər dairəsinin Pinyuan qəzasında baş verdiyi də dəqiqləşdirilib. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.