Məzmuna keç

Vəkil: “Tramp heç bir halda Kapitoliyə hücumda özünü təqsirli bilməyəcək”

ABŞ-ın keçmiş prezidenti Donald Tramp heç bir halda Kapitoliyə hücumda özünü təqsirli bilməyəcək.

E-huquq.az xəbər verir ki, bu barədə Trampın vəkili Con Lauro bildirib.

Vəkil əlavə edib ki, Trampın komandası işə xitam verilməsi üçün petisiya verəcək. Lauro ittihamları İsveçrə pendirinə bənzədib, çünki onlarda eks-prezidentin vəkillərinin öyrənəcəkləri çoxlu dəliklər var.