Məzmuna keç

Türkiyənin Çorum şəhərində 15 kənd karantinə alınıb

Türkiyənin Çorum şəhərində 15 kənd karantinə alınıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Rayon Kənd Təsərrüfatı və Meşə İdarəsi məlumat yayıb.

Sungurlu rayonununda dabaq xəstəliyi ilə əlaqədar 15 kənd və onların mərkəzi məhəllələrinin karantinə alındığı bildirilib.

Qeyd olunub ki, bu bölgəyə heyvan və heyvan mənşəli məhsulların giriş-çıxışına məhdudiyyət qoyulması, heyvanların otlağa buraxılmasının qadağan edilməsi və lazımi dezinfeksiya tədbirlərinin görülməsi qərara alınıb.

Şəbnəm Mehdizadə