Məzmuna keç

Pakistanda terror aktı nəticəsində 2 nəfər ölüb

Pakistanda terror aktı nəticəsində iki mülki şəxs həlak olub.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Hayber-Paxtunxva əyalətində naməlum şəxs idarə etdiyi avtomobili partladıb.

Hadisə nəticəsində ər və arvad olmaqla iki mülki şəxs həlak olub.

Rəsmilər hücumçunun bombanı təsadüfən və ya vaxtından əvvəl partlatdığını ehtimal edirlər.

Partlayışa görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Şəbnəm Mehdizadə