Məzmuna keç

Konqoda silahlı hücumda 11 nəfər ölüb

Konqo Demokratik Respublikasında “23 Mart Hərəkatı” (M23) üsyançı qruplaşmasının hücumu nəticəsində 11 nəfər həlak olub.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, üsyançıların ötən gün mülki şəxslərə hücum etdiyi bildirilib.

Hücumdan sonra qaçan üsyançıların bölgə sakinlərinin qiymətli əşyalarını da özləri ilə apardıqları qeyd olunub.

Ölənlərin sayının artacağı ehtimal olunur.

Şəbnəm Mehdizadə