Məzmuna keç

Burkina-Fasoda terror aktında 25 nəfər ölüb

Burkina Fasoda terror aktı nəticəsində 25 nəfər həlak olub.

E-huquq.az yerli KİV-ə istinadən xəbər verir ki, Toqo ilə sərhəddə yerləşən Bittou şəhəri yaxınlığında naməlum silahlı şəxslər həyata keçirdiyi hücumda 10 nəfər yaralanıb.

Qeyd edək ki, 2015-ci ildə Burkina Fasoda başlayan təhlükəsizlik böhranı nəticəsində 2 milyondan çox insan evlərini tərk etmək məcburiyyətində qalıb. Hökumətin məlumatına görə, bu insanların yalnız 120 000-i evlərinə qayıda bilib.

Baş nazir Apolliner Coçimson Kaylem de Tembela may ayında etdiyi çıxışda ölkə ərazisinin 65 faizinin dövlətin nəzarəti altında olduğunu bildirmişdi.

Şəbnəm Mehdizadə