Məzmuna keç

Türkiyə sahillərində 18 qanunsuz miqrant saxlanılıb

Türkiyə sahillərində 18 qanunsuz miqrant saxlanılıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Sahil Mühafizə Komandanlığının internet saytında məlumat verilib.

Rezin qayıqda hərəkətdə olan bir qrup miqrantın Aydın vilayətində, Quşadası ərazisindən qeyri-qanuni yollarla xaricə qaçmaq cəhdi barədə daxil olan məlumatdan sonra Sahil Mühafizənin əməkdaşları hərəkətə keçib.

Saxlanılan qayıqda müəyyən olunan 18 qanunsuz miqrant Aydın Miqrasiya İdarəsinə təhvil verilib.

Şəbnəm Mehdizadə