Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında 4 PKK/YPG terrorçusunu zərərsizləşdirib.
E-huquq.azxəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"Suriyada xalqın əmin-amanlığını və təhlükəsizliyini pozmaq istəyən terrorçularla mübarizəyə davam edirik. Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz "Zeytun Budağı" və "Barış bulağı" əməliyyat bölgələrində atəş açan 4 PKK/YPG terrorçusunu zərərsizləşdirib", – nazirliyin məlumatında qeyd olunub.
Şəbnəm Mehdizadə
