Məzmuna keç

Sudanda məcburi köçkünlərin sayı 4 milyonu keçib

Sudanda aprelin 15-dən başlayan qarşıdurmalardan sonra evlərini tərk etmək məcburiyyətində qalan insanların sayı 4 milyonu ötüb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) sözçüsü Uilyam Spindler bildirib.

O, 700 mindən çox insanın qonşu ölkələrə qaçdığını, 195 min sudanlının isə geri qayıtmaq məcburiyyətində qaldığını qeyd edib.

Spindler 3 milyondan çox insanın ölkə daxilində didərgin düşdüyünü vurğulayıb.

Ali Komissarlığın sözçüsü Ağ Nil əyalətində 10 qaçqın düşərgəsində ərzaq və tibbi ləvazimat çatışmazlığının yaşandığını deyib.

Şəbnəm Mehdizadə