Cənubi Afrika Respublikasında silahlı hücumda 5 nəfər həlak olub.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Qərbi Keyp əyalətinin polis zabiti Reyqan Allen məlumat verib.
O, Paarl şəhərində evə silahlı basqın zamanı güllələnənlər arasında 12 və 14 yaşlı iki uşağın da olduğunu bildirib.
Polis hadisə ilə bağlı cinayət işi başlanıldığını deyib.
Şəbnəm Mehdizadə
