Məzmuna keç

Ukrayna ordusu Tavriya istiqamətində Rusiyanın 100-dək hərbçisini məhv edib

Ukrayna ordusu Tavriya istiqamətində müvəffəqiyyət qazanıb, ruslar texnika və canlı qüvvədə xeyli itki veriblər.

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə “Tavriya” əməliyyat-strateji qoşunlar qrupunun komandanı Aleksandr Tarnavski "Telegram" kanalında yazıb.

Onun sözlərinə görə, Müdafiə Qüvvələrinin artilleriya bölmələri gün ərzində 1508 atəş tapşırığını yerinə yetirib.

"Son 24 saat ərzində düşmənin 94 hərbçisi məhv edilib, 162-i yaralanıb. Düşmənin 18 hərbi texnikası məhv edilib", – Tarnavski qeyd edib.

O bildirib ki, bundan əlavə Rusiya ordusunun 8 silah-sursat anbarı da məhv edilib.

Şəbnəm Mehdizadə