Türkiyənin Kayseri şəhərində bazarda satıcılar arasında silahlı insident baş verib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, aralarında ədavət olduğu iddia edilən 2 nəfərin avtomobildən atəş açması nəticəsində 2 market işçisi yaralanıb.
Hadisə yerinə polis və tibb işçiləri cəlb edilib.
Başından və ayağından yaralanan market işçiləri Kayseri Şəhər Xəstəxanasına aparılıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilib.
Faktla bağlı polis araşdırmalara başlayıb.
Şəbnəm Mehdizadə
