Atlantik Okeanında Mərakeşin cənubundakı Tan-Tan şəhəri sahillərində Saharaaltı Afrika ölkələrindən olan 56 qeyri-qanuni miqrantı xilas edib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, xilas edilən şəxslər ilkin tibbi müayinələrindən sonra Tan-Tan limanına aparılıb və lazımi prosedurların aparılması üçün aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, Mərakeş Avropa sahillərinə yaxın coğrafi mövqeyinə görə qeyri-qanuni miqrantların sıx tranzit məntəqəsi kimi istifadə etdiyi bölgələr arasındadır. Mərakeş Daxili İşlər Nazirliyinin məlumatına görə, bu ilin ilk 5 ayında 25 519 qeyri-qanuni miqrant müəyyən edilib, 3 150 qanunsuz miqrant xilas edilib.
Şəbnəm Mehdizadə
