Türkiyənin Mardin şəhərində silahlı insident baş verib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Midyat rayonunda iki ailə arasında yaşanan mübahisə qanla bitib.
Belə ki, mübahisə zəmnində odlu silahdan atəş açılıb. Nəticədə 4 nəfər yaralanıb.
Yaralılar təcili tibbi yardımın köməyi ilə Midyat Dövlət Xəstəxanasına aparılıb. Onların ikisinin vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı saxlanılanlar var.
Şəbnəm Mehdizadə
