Məzmuna keç

Sosial şəbəkələrdə terror təşkilatı üçün pul toplayan şəxslər saxlanılıb

Türkiyənin İstanbul şəhərində İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyatda 6 nəfər saxlanılıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbul polisi şəhərin 4 fərqli rayonunda eyni vaxtda əməliyyat keçirib.

Axtarışlar zamanı çoxlu sayda rəqəmsal materiallar və təşkilati sənədlər ələ keçirilib. Nəzarətə alınan 6 şübhəlinin istintaqı davam etdirilir.

Saxlanılan şəxslərin İŞİD və "Əl-Qaidə" kimi terror təşkilatlarını maliyyələşdirmək üçün sosial media platformaları vasitəsilə pul topladıqları bildirilir.

Şəbnəm Mehdizadə