Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı itkilərinin sayı 251 min 620 nəfərə çatıb.
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının "Facebook" səhifəsində yaydığı xülasədə bildirilir.
Belə ki, son sutkada Ukrayna ordusu 820 rus hərbçisini məhv edib.
Digər itkilərinə gəlincə isə, Rusiya 24 fevral 2022-ci ildən bəri 4 262 tank, 8 290 zirehli döyüş maşını, 5 013 artilleriya sistemi, 711 reaktiv yaylım atəş sistemi, 469 hava hücumundan müdafiə sistemi, 4 175 əməliyyat-taktiki səviyyəli pilotsuz uçuş aparatı, 315 ədəd təyyarə, 312 helikopter, 1 377 qanadlı raketlər, 7 479 avtomobil və tanker, 742 xüsusi texnika və 18 gəmi/qayıq itirib.
Şəbnəm Mehdizadə
