Məzmuna keç

Nikopol atəşə tutulub, ölən və yaralananlar var

Ötən gecə Rusiya hərbçilərinin Ukraynanın Dnepropetrovsk vilayətinin Nikopol rayonunu atəşə tutması nəticəsində 1 nəfər həlak olub.

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Dnepropetrovsk Vilayət Şurasının sədri Nikolay Lukaşuk "Telegram" kanalında məlumat verib.

Onun sözlərinə görə, hücum nəticəsində 18 yaşlı oğlan ölüb, 21, 35 və 45 yaşlarında 3 nəfər isə yaralanıb.

"Atışma nəticəsində məbəd, 5 yaşayış binası, 2 dövlət idarəsi, 1 avtomobil, 4 elektrik xətti və qaz xətti zədələnib”, – Lukaşuk bildirib.

Şəbnəm Mehdizadə