Türkiyənin Kırklareli şəhərində ölkəyə qeyri-qanuni yollarla daxil olduğu müəyyən edilən 53 miqrant tutulub.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat çərçivəsində saxlanılan əcnəbilər polis şöbəsində lazımi prosedurlardan sonra Pehlivanköy Geri Göndərmə Mərkəzinə təhvil verilib.
Həmçinin araşdırmalar çərçivəsində miqrant qaçaqmalçılığında şübhəli bilinən 11 nəfər saxlanılıb. Onlardan 3-ü həbs edilib. Digərləri isə məhkəmə nəzarəti altında şərti azadlığa buraxılıb.
Şəbnəm Mehdizadə
