Çinin paytaxtı Pekində daşqınlar nəticəsində ölənlərin sayı 33 nəfərə çatıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 18 nəfər itkin düşüb.
İtkin düşən şəxslərin axtarışları davam etdirilir.
Son məlumatlara görə, 1 milyon 290 min nəfər seldən zərər çəkib. 59 min evin dağılıb, 147 min evə ciddi ziyan dəyib.
Şəbnəm Mehdizadə
