Məzmuna keç

Türkiyədən Yunanıstana qaçmaq istəyən FETÖ üzvləri saxlanılıb

Türkiyədən Yunanıstana qaçmaq istəyən iki nəfər saxlanılıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, sərhəd qoşunları Ədirnə şəhərinin Meriç qəsəbəsi yaxınlığında qadağan olunmuş zonada qeyri-qanuni yollarla Yunanıstana keçməyə cəhd edən iki nəfəri yaxalayıb.

Saxlanılan şəxslərin FETÖ terror təşkilatı ilə əlaqələrinin olduğu məlum olub.

Hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Şəbnəm Mehdizadə