Məzmuna keç

Külli miqdarda narkotiklə tutulan şəxs hakim qarşısına çıxarılır

Sumqayıtda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Nurlan Paşayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş yekunlaşdırılaraq Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Aynur Rzayevanın sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclası avqustun 21-nə təyin olunub.

Qeyd edək ki, Nurlan Paşayev Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərindən 5 qram marixuana, 40 ədəd metadon həbi, yaşadığı evdən isə 1 ədəd elektron tərəzi, 830 qram marixuana, 60 ədəd konvalyut, 600 ədəd metadon həbi aşkarlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə